“Hiss” gecə klubunda kütləvi dava - 4 qadın xəsarət aldı

13, 02, 23
11:00

“Hiss” gecə klubunda kütləvi dava - 4 qadın xəsarət aldı


Bakının Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən “Hiss” gecə klubunda dava olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, ötən gecə baş vermiş hadisə nəticəsində 4 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb və 3-ü ambulator, biri isə stasionar müalicəyə yazılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. (Qafqazinfo.az)

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın