SON DƏQİQƏ! Baboş saxlanıldı - VİDEO

08, 10, 23
03:55

SON DƏQİQƏ! Baboş saxlanıldı - VİDEO


“Tik - Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılmasına səbəb o canlı yayım zamanı Qarabağ qazilərinin ünvanına sərt tənqid etməsi olub daha sonra "Tik-Tok"er qaziləri Nərimanov ərazisində yerləşən Çingiz Xan restoranına dəvət edib, elə restoran ətrafında onlar arasında mübahisə yaranıb.

"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə, Hadisə yerinə dərhal polis əməkdaşları gəlib səs-küy salaraq ictimai asayışı pozan Baboş ləqəbli fenomen "Tik-Tok"çu saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb ona qarşı inzibatı qaydanı pozması haqqında ittiham irəli sürüldüyü və barəsində toplanmış materialların baxılması üçün məhkəməyə göndəriləcəyi iddia edilir

Qeyd edək ki, bir müddət əvvəl onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Cabbarov 15 sutka müddətinə inzibati qaydada həbs edilmişdir.

Bizimlə əlaqə saxlayın