“Qondarma rejim erməniləri köçməyə məcbur edib” - İlham Əliyev

08, 10, 23
11:00

“Qondarma rejim erməniləri köçməyə məcbur edib” - İlham Əliyev


Məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub.

Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var.

Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib.

Bizimlə əlaqə saxlayın