SON DƏQİQƏ! Qar yağma ehtimalı var - HAVA PROQNOZU

03, 01, 24
09:30

SON DƏQİQƏ! Qar yağma ehtimalı var - HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidməti yanvarın 3-də gözlənilən hava şəraiti açıqlayıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Bizimlə əlaqə saxlayın