Məhkəmə Habil Vəliyev barəsində həbs qətimkan tədbiri seçib

16, 01, 24
10:00

Məhkəmə Habil Vəliyev barəsində həbs qətimkan tədbiri seçib

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev saxlanılma səbəbi məlum olub.

"Azərbaycan Reallığı"
xəbər verir ki, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə H.Vəliyev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Bizimlə əlaqə saxlayın