Oqtay Şirəliyev xərçəng xəstəliyindən əziyyət çəkir - Vəziyyəti ağırdır

22, 01, 24
14:00

Oqtay Şirəliyev xərçəng xəstəliyindən əziyyət çəkir - Vəziyyəti ağırdır

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik. Nazirin müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.

“Azərbaycan Reallığı” “Bakupost”a istinadən xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniyada və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib. Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.

Bizimlə əlaqə saxlayın