Prezident Zakir Fərəcovla bağlı Sərəncam imzaladı

04, 02, 24
12:00

Prezident Zakir Fərəcovla bağlı Sərəncam imzaladı

Zakir Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Fərəcov daha əvvəl Azərbaycan Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 4 oktyabr 2016-cı il tarixili Sərəncama əsasən isə, Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın