SON DƏQİQƏ! Mehriban Əliyevanın tapşırığı ilə Zəlzələdə həlak olan azərbaycanlıların ailələrinə 10 min manat verildi

24, 02, 23
15:00

SON DƏQİQƏ! Mehriban Əliyevanın tapşırığı ilə Zəlzələdə həlak olan azərbaycanlıların ailələrinə 10 min manat verildi


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da olub. 

Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir. 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın