Tanınmış jurnalistin anası vəfat etdi - FOTO

21, 06, 23
12:00

Tanınmış jurnalistin anası vəfat etdi - FOTO


Tanınmış jurnalist Sevinc Qədirovanın anası, Böyükxanım Qədirova uzunn sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu haqqda "Azərbaycan Reallığı"na onun yaxınları məlumat verib.

Qeyd edək ki, Sevinc Qədirova uzun müddət Televiziya məkanlarında fəaliyyət göstərib, o daha sonra  fəaliyyətini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirib.

Bir müddət sonra işlədiyi qurumdan ayrılaraq Azərbaycan Volleyball Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Təxminən bir il bundan öncə, anasının səhhəti ilə bağlı bu qurumdanda öz şəxsi istəyi ilə vəzifəsindən ayrılmışdır.

"Azərbaycan Reallığı" kollektivi adından bizdə həmkarımıza, anasının vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət etsin! 


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın