Jurnalist Sənan Həsənoğlu türmədən yazır: “Artıq generallar dustaqları qəbul edir…”

25, 09, 23
13:00

Jurnalist Sənan Həsənoğlu türmədən yazır: “Artıq generallar dustaqları qəbul edir…”


Son zamanlar ölkəmizdə bir cox sahələrdə baş verən kadr islahatları Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinə də öz təsirini göstərdi. 10 iyul 2023 -cü il tarixli prezident sərəncamı ilə Ədliyyə Nazirinin müavini və eyni zamanda Penitensiar Xidmətin sabiq rəisi general – leytenant Ceyhun Həsənov vəzifədən azad edilərək Mirsaleh Seyidovla əvəz edilməsi ölkədə olduğu kimi -dustaqlarla da sevinc effekti yaradıb.

Çünki Penitensiar Xidməti Napoleon Bonapart kimi idarə edən Ceyhun Həsənov erası -onun rəis olduğu dönəmdə məhbəs həyatı keçirən dustaqların yaddaşından uzun illər silinməyəcək. Ümumiyyətlə ölənlərin arxasınca danışmamaq xasiyyətimi elə vəzifədən çıxarılanlarada şamil etdiyimdən bu yazımda bacardıqca C.Həsənovun dönəmində baş verən qanun pozuntularına yer verməyəcəyəm. Çünki ölkə ictimaiyyətinin əksəriyyəti türmələrdəki, rüşvət, qiymət bahaçılıqı və başqa çatışmamazlıqlarla bağlı xəbərləri dönə – dönə oxuyub və eşidib.

Bu arada yadıma 1649 -cu ildə Böyük Britaniya kralı Karla ölüm hökmünü imzalayanlardan olan Oliver Kramvelin məhşur cıxışı düşdü: “Coxdan sizi buradan kənarlaşdırmaq lazim idi. Xalq yaramaz hərəkətlərinizə daha dözmür! İnsanlar sizi onların həyatını yüngüləşdirəsiniz deyə, özlərinə vəkil kimi bura seçdilər, amma siz o bədbəxtlərin dərdini daha da ağırlaşdırdınız!”

Düzünü deyim ki , prezident cənab İlham Əliyevin nə qədər hümanist addımları olsa da, islahatları zamanı onun olduqca qəti qərarlarının şahidi oluruq . Prezident ən yaxın çevresində olanların, saxtakarlığını və banapartizim xəstəliyinə yoluxmalarını həmişə vaxtında bilib və onlara tarixin arxivlərində “yer” verib. Fərhad Əliyev, Səlim Müslümov, Eldar Mahmudov, Vasif Talıbov kimi, bu xəstəlikdən “əziyyət” çəkənlərin siyahısına daha biri – Ceyhun Həsənovun əlavə edilməsi elə mənim dediklərimin sübutu sayıla bilər. Ölkəmizdə yeni dünya idarə etmə sistemi olan “Oksford” , “Kembric” fəfəkkürü kadrlara yer verilməsi artıq ənənə halına çevrilməkdədir.

Buradan da aydın olur ki yaxın gələcəkdə “qudalar”, “yerlilər”, bacıoğlular” sistemi tamamilə yoxa cıxacaq və kadrlara aydın təfəkkür, savad, modernizim, idarəetmədə şəffaflıq meyy arlarına görə yer veriləcək. Penitensiar Xidmətdə baş veren kadr dəyişikliyində yəni idarəetmə meyyarı əsasında baş verib , desəm yanılmaram. Yəqin ki, coxlarınızda bir sual yaranacaq: Penitensiar Xidmətin yeni rəisi Mirsaleh Seyidov da bu sistemdə ona göstərilən etimadı doğrulda biləcəkmi?

Onun PX- dəki nüfuzu təkcə qurum tərəfindən deyil, elə dustaqlar tərəfindəndən də yüksək qiymətləndirilib. Səbəbi isə sadədir. Daha doğrusu , M. Seyidov xidmət rəisi postuna gələnə qədər -heç bir dustaq C.Həsənova nə bir müraciət edə, nə də bir sikayət yaza bilərdi. Bütün dustaqların xidmət rəisi nə yazdığı şikayətlər cəzaçəkmə müəssələrinin zibil qutularından olsa-olsa Balaxanı zibiliyinə çatdırıla bilərdi.

Sonda dustağın ümüdü qalırdı. M. Seyidovun ayda bir dəfə cəzaçəkmə müəssəsinə gəlib qəbullar keçirməsinə. Burada Martin Lüter Kingin məhşur sitatını yazmasam olmaz: “Mənim bir arzum var “. Bax bu qəbullarda da dustaq öz arzusunu , xahişini, pozulan hüquqlarını M.Seyidova çatdırar, əvəzində onu səbirlə dinləyən, şikayət və müraciətləri yerindəcə reaksiya verən əsl dövlət adamına inam və etibarları artardı.  

M.Seyidovun hər bir dustağa fərdi yanaşma tərzi və professional münasibəti isə onun peşəkarlığığndan irəli gəlir. Girdiyi hər kameraya pul və siqaret hədiyyə etməsi isə başqa bir mövzunun yazısıdır. Son zamanlar Penitensiar Xidmətin bir cox sferalarında baş verən qanun pozuntularının ictimai xarakter olması onu göstərdi ki, dövlət başçısı, Prezident İlham Əliyev ictimai rəyə böyük dəyər verir və idarəetmə siyasətində Azərbaycan vətandaşını narahat edən məsələlərə anındaca reaksiya vermək qüdrətindədir. Və bu narazılıqlara son qoyulması üçün Penitensiar sistemi daha mükəmməl bilən peşəkarı M.Seyidovu bu vəzifəyə görəvləndirdi. Axır ki…

Ona görə axır ki, vəzifəyə 10 iyulda təyin olunan M. Seyidovun əmri ilə artıq cəzaçəkmə müəssisərinə PX-in generalları gəlib, dustaqları qəbul edərək (az qismini olsa da) dinləndiklərilərinin şahidinə çevrilməkdəyik. Elə gələn generallar da bu və ya digər formada dustaqlarla bildiriblər ki, axır ki, Penitensiar Xidmətin idarə olunmasında Bonapartizimə son qoyulub. Bütün müraciət, şikayət və təkliflərə baxılacaq, hətta CÇM- də xidmətin rəisi ilə birbaşa videoəlaqə tətbiq olunacaq . Ta ki belə olsun …

Martin Lüter Kingin məhşur “Mənim bir arzum var” nitqində hər şeyi arzuları ilə ölçdüyü kimi, dustaqlar da “Mənim bir ümudum var” , deyərək, ümüd edirlər ki, amnistiya aktı olacaq, prezident əfv imzalayacaq və qanunlarda təmizlənmə olacaq. Amma bu gün dustaqlarda yeni bir ümid yaranıb . O ümüd ki , PX -də qanunsuzluqlar, hərcmərcliklər , diskriminasiyalar olmayacaq , neqativ hallar tarixin zibilliyinə gömüləcək .

P.S. Vasif Talıbov erası sona catanda -həmkarım hazırda mənim kimi dustaq həyatı keçirən Mahir Xəttaba demişdim ki, ölkəmizdə Napaleon Bonapartizim xəstəliyinə tutulanların erasına son qoyulacaq…İnanmırdın, indi gördün Mahir?

Sənan Həsənoğlu

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 
 

Bizimlə əlaqə saxlayın