Əhməd İsmayılov “mətbuat qəssabı” olaraq tarixə düşdü - SİFARİŞLİ QƏRAR

23, 09, 23
10:00

Əhməd İsmayılov “mətbuat qəssabı” olaraq tarixə düşdü - SİFARİŞLİ QƏRAR


21 avqust 2023-cü il tarixdə, saat 17:40-da Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun sədrliyi ilə "Gündəm Xəbər Qəzeti Redaksiyası" MMC-nin iddia tələbinə dair, cavabdeh "Medianın İnkişafı Agentliyi"nə qarşı sonuncu məhkəmə prosesi keçirildi.

Qeyd edim ki, bu məhkəmə prosesində cavabdeh tərəfin nümayəndəsi iştirak etməsə də, ötən prosesdə qarşı tərəfin nümayəndəsi bizə qarşı bir çox qanunsuz və əsassız tələblər irəli sürmüşdü. Belə ki, həmin şəxs məhkəmədə "gündəlik iyrimi ədəd yazının dərc olunması ilə bağlı bir söz deyə bilmərik. Amma, digər media qurumlarından, agentliklərdən və s. götürdükləri yazıların 3/1-dən istifadə etməyiblər" deyə fikir bildirmişdi.

MİA-nın təmsilçisi ortaya belə bir bəhanə də gətirirdi ki, gundemxeber.az xəbər portalı APA-nın üç yüz işarəlik məlumatından, yaxud da müstəqil yazar Heydər Oğuzun Naxçıvanla bağlı yazdığı müəllif yazısından istifadə edib. Bu cür bəhanə, əslində etikadan kənar yanaşmanın varlığını da sübut edirdi.

Çünki, tutaq ki, Heydər Oğuz istənilən mövzu ilə bağlı ərsəyə gətirdiyi hər hansı yazısını bir çox media qurumlarına, o cümlədən gündemxeber.az-ın elektron poçtuna da göndərib. Həmin yazını hansısa sayt bir qədər əvvəl, gündemxeber.az saytı isə, təqribən 6 dəqiqədən sonra öz səhifəsində yerləşdirib.

Qarşı tərəf belə bir əsassız iddia da irəli sürürdü ki, siz həmin yazını başqa saytdan 6 dəqiqə sonra yerləşdirdiyiniz üçün, yazı sizə deyil, məhz ilk əvvəl yerləşdirilən sayta aid olur. Belə bir yanaşmaların nəticəsi o oldu ki, sonuncu məhkəmə prosesində iddia tələbimiz təmin olunmadı və Əhməd İsmayılov bizə “qalib gəldi”.

Bütün bunlar da onu göstərir ki, MİA-nın bugünkü rəhbərliyi gündemxeber.az-a qarşı qanunsuz tələbləri tətbiq etməklə birbaşa üzərimizə gəlir və bu yolla da qol qoyduqları qanunsuzluqlara “don geydirməyə” çalışırlar.

Bəlkə də hər kəs o haqda da məlumata malikdir ki, təqribən 18-30 gün ərzində fəaliyyətə başlayan bəzi saytlar MİA-da reyestirdən keçiblər. Hətta, elə təkadamlı redaksiyalar da var ki, həmin media qurumlarını ictimaiyyət heç bir halda tanımır, onların ictimai fikirin formalaşmasına hansısa formada təsiri olmur, səhifələrində yerləşdirdikləri materialların çoxu “bəytərifi” məzmunlu yazılar olur.

Belə saytların da reyestirdən keçmələrinə “yaşıl işıq” yandırılıb. Bir sözlə, Əhməd İsmayılov həmin saytların reyestirdən keçirilməsi haqda tapşırıq verərkən, onlardan 3/1 tələbi, yaxud da hansısa agentiklərin materiallarından istifadə etmələrinə aid müqavilə sənədi tələb olunmur.

Yəni, bütün bunların hər biri dəqiq faktlardır və rallığı da özündə əks etdirir. Bir sözlə, hal-hazırda Əhməd İsmayılovun rəhbərlik etdiyi MİA bəzi müstəqil redaksiyaları susdurmağa çalışdığından, düşüncələrdə belə bir fikir də formalaşır ki, bu şəxsin adı “mətbuat qəssabı” olaraq tariximizə həkk olunacaq.  

Şirin Cəfəri


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın