Jurnalistin qızının üzüyü “Old Manqal” restoranında yoxa çıxdı - Bura gələn qonaqların cibinə girirlər!

25, 08, 23
11:00

Jurnalistin qızının üzüyü “Old Manqal” restoranında yoxa çıxdı - Bura gələn qonaqların cibinə girirlər!


Tanınmış jurnalist Ləman Ələşrəfqızı Bakının mərkəzində yerləşən “Old Manqal” restoranında baş verən bir hadisə ilə bağlı maraqlı paylaşım edib.

"Azərbaycan Reallığı" xanım jurnalistin yazdıqlarını olduğu kimi təqdim edir: “Dünən axşam Nilufərlə ( jurnalistin qızı-red.) şəhərə gəzməyə çıxmışdıq. Saat 22.00 radələrində İçərişəhərdəki “Old Manqal” restoranında şam yeməyinə oturduq.

Evə çatanda uşaq mənə dedi ki, üzüyüm restoranda, yemək stolunun üstündə qaldı. Yaş salfetka ilə əllərini siləndə barmağından qızıl üzüyü çıxarıb, sonra unudub. Dedim narahat olma, sabah gedib alarıq. Bunu çox əminliklə dedim, çünki, həmişə əcnəbilərlə dolub-daşan bu restoranda düşündüm ki, kameralar var və orada heç nə itə bilməz.

Bu gün getdim. Bizə qulluq edən ofisiant dedi ki, o, üzük- filan görməyib. Obyektin sahibi kimi özünü təqdim edən şəxs “əyləşin, kameraya baxaq”- dedi. Məmnuniyyətlə oturdum, yenə də bu əminliklə ki, üzük tapılacaq. Nəhayət, görüntülər tapıldı. Amma… Kamera ancaq mən tərəfdən çəkir. Nilufəri qarşı tərəfdən çəkən kamera yoxdur.

Dərhal obyektin sahibi mənə deyir ki, biz uşağın barmağından üzüyü çıxardığını necə görək? Dedim o sual sizə verilməlidir. Hanı sizin qarşı tərəfi çəkən kameranız? Deyir, mənim imkanım buna çatır. Mən indi restoranda hər stolun başına kamera quraşdırmalıyam? Deyirəm ay adam, hər stolun başı lazım deyil, restoranın hər iki başına qoysan bəs edir.

Qısası, üzük getdi. Boyunlarına qoya bilmədim. Hələ məni borclu da çıxardır. Deyir bəlkə siz bura gələndə heç uşağın barmağında üzük olmayıb? Dedim, sənin kameran olaydı, sübut edəydi, mən də üzr istəyib gedərdim. Restoran işlədirsən, pul qazanırsan, Bakıya gələn bütün xarici qonaqların cibinə girirsən, amma restoranına ikicə dənə kamera qoya bilmirsən?
HARAMZADAlar!”

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın