Həbsdəki jurnalistin səhhəti pisləşdi - Mayıl müəllimin Sənanla nə qərəzi var bilmirik

05, 09, 23
12:00

Həbsdəki jurnalistin səhhəti pisləşdi - Mayıl müəllimin Sənanla nə qərəzi var bilmirik


“Azerbaycan Reallığ” xəbər verir ki, Hazırda həbsdə saxlanılan tanınmış jurnalist Sənan Həsənoğlunun ailə üzvləri DİA.AZ-a yenidən müraciət etməli olublar.

Jurnalistin həyat yoldaşı Seyidova Nəzakət açıqlamasında qeyd edib ki, Sənanın səhhəti günü-gündən pisləşsə də, Penitensiar xidmətin bəzi işçilərinin qərəzi səbəbindən tanınmış jurnalist hələ də müalicəyə cəlb olunmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl jurnalistin səhhətində ciddi problemlərin yarandığı haqda xəbər vermişdik. Seyidova Nəzakət açıqlamasında qeyd edib ki, yoldaşı ağır xəstə olsa da, anlaşılmaz səbəblərdən müalicədən kənarda qalıb və bu da onun durumunun hər an daha da ağırlaşa biləcəyi anlamına gəlir. 

Jurnalistin ailəsi müalicə müəssisəinin rəhbərliyindən narazıklıq edib: "Mayıl müəllimin Sənanla nə qərəzi var bilmirik"

Xatırladaq ki, Keçən günlərdə jurnalistin ailəsi müəlicə müəssisəsinin rəhbərliyinə qarşı konkret ittihamlar da səsləndirmişdi.

Jurnalist Sənan Həsənoğlu 1974-cü ildə Ağcabədidə anadan olub. Təfəkkür Universitetində jurnalistika ixtisasını bitirib. Uzun illər "Space", "Azad Azərbaycan" və "AztV"nin Qarabağ bürosu üzrə müxbir işləyib.

Qeyd edək ki, Sənan Həsənoğlu 9 fevral 2020-ci ildəki parlament seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən namizəd idi. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın