Tanınmış plastik cərrah Təbəssüm Qurbanovanın lisenziyası ləğv edildi - Cavid Qurbanovun bacısı qızıdır

05, 02, 25
14:30

Tanınmış plastik cərrah Təbəssüm Qurbanovanın lisenziyası ləğv edildi - Cavid Qurbanovun bacısı qızıdır

Bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib. 

Qərara əsasən, Təbbəssüm Qurbanovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub. 

"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə “Azər-Türk Med” klinikasında plastik cərrah kimi fəaliyyət göstərən Təbəssüm Qurbanova “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri hazırda isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovun bacısı qızıdır.

Xatırladaq ki, plastik cərrah Təbəssüm Qurbanova əməliyyat zamanı sosial şəbəkədə canlı yayım açaraq,  prosesi izləyicilərinə nümayiş etdirib. 

Xüsusilə qeyd edək ki, bir neçə gün bundan öncə  Azərbaycan Reallığı Təbəssüm Qurbanovanın “fəaliyyəti” ilə bağlı geniş araşdırma apararaq, aidiyyatı qurumlara təqdim etmişdi eləcədə oxucuların ixtiyarına vermişdi. 

Bizimlə əlaqə saxlayın