Aygün Bəylər səhhəti barədə danışdı: Xəstəxanada deyiləm..."

28, 10, 23
12:00

Aygün Bəylər səhhəti barədə danışdı: Xəstəxanada deyiləm..."

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilmə xəbərindən danışıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, "Xəzər axşamına" zəng vuraraq özünü yaxşı hiss etdiyini deyib.

"Bir neçə gündür ki, səhhətimlə bağlı yayılan xəbərlərdən tamaşaçılar kimi mən də çox narahat olmuşam. Mən heç bir xəstəxanaya yerləşdirilməmişəm. Bu ilin sonuna, yəni iki aydan sonra canlı solo konsert vermək niyyətindəyəm. Konsertə hazırlaşıram deyə müayinələrimə daha diqqətlə yanaşıram. Çünki istəyirəm, xalqın qarşısında hesabat konserti verim. Həmişəki Aygün Bəylər kimi tamaşaçıların qarşısına çıxım. Bu nə yalan xəbər idi, heç özüm də bilmədim. Nazilə Səfərli şəkil çəkib paylaşdı, onunla da xəbər yayıldı. Mən sadəcə analizlər verməyə getmişdim.
Sağlamlığım da yaxşıdır. Həkimlər də səhhətimlə bağlı xoş sözlər deyiblər".

Bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.

Bizimlə əlaqə saxlayın