Asif Ata ocağının davamçısı Düzgün Atalının 62 yaşı qeyd olunub - VİDEO

21, 02, 24
09:30

Asif Ata ocağının davamçısı Düzgün Atalının 62 yaşı qeyd olunub - VİDEO

62 il bundan əqdəm fevral ayının 18-də soyuq bir qış günü o, dünyaya gələndə ata-anası ona Kərəm adını qomuşdu. Bu adın işığı altında könül verdi bu dünyanın rəqs havalarına Kərəm.

Qaynayıb qarışdı bu dünyanın sevincinə, kədərinə. Pulunu-parasını qazandı, özünü yaxşıca tudu, bir qızın yolunda hətda Kərəmə də döndü Kərəm. Sonra o, Asif Ata məktəbinə qədəm qoydu.

Atanın inamını doğrultdu. Və Ata onu Düzgün adıyla mükafatlandırdı. Və Kərəm məzmun etibarı ilə Kərəm yanğısını da qatıb bu ada dönüb oldu Düzgün Atalı. O, bu gün Asif Ata məktəbinin ən uğurlu fikir adamlarından biridir.

İctimai-siyasi həyatda Asif Ata fəlsəfəsinin ocağını gur yandıran bir şəxsiyyətdir artıq Düzgün Atalı. Hər cür xurafata qarşı barışmaz mövqe qoyur ortalığa sözüylə, işiylə, əməliylə hər gün. Ata kimi dövlətçidir, millətçidir, insançıdır Düzgün Atalı.

Belə bir şəxsiyyətin 28 May Bəşəri Elmlər Akademiyasının sevimlisinə çevrilməsi çox təbiidir. Onun ad gününü 28 May Bəşəri Elmlər Akademiyasının baş qərargahında bədii və rəsmi hissəsi bir yerdə olmaqla könlümüzcə kutladıq.      

Tədbirdə Akademiyanın üzvləri tam tərkibdə, Asif Ata məktəbinin yetirmələr və kənar akademiyalardan olan tanınmış şair və iş adamları da iştirak edirdilər. Deyilən sağlıqlar Düzgün Atalının şəxsiyyətinə tam adekvat idi.

Hamı onun necə insanlaşmasından, insanlaşmanın mahiyətini cəmiyyətə necə aşlamasından danışırdı. Müxtəlif bucaq altında. Ən qısa danışan çıxışçı yenə də vitse-prezidentimiz Səlim paşa oldu.

Fikrini bir cümlə ilə o ali zat belə izhar etdi: "Kərəm səni verənin kərəminə şükür". Məclisi dünənimizin, bu günümüzün, sabahımızın gerçəkliyi əsasında çox dərin ictimai- siyasi çıxışı ilə Düzgün Atalı özü tamamladı.

Və Düzgün Atalı akademiyanın emblemi olan şərfimizlə təltif olundu. O, bu şərfə layiq görülən 3- cü yubilyar idi. Yaşasın...

Bizimlə əlaqə saxlayın