Xankəndi stadionunda çıxış edən müğənni Mərdan kimdir? - VİDEO

21, 12, 23
16:00

Xankəndi stadionunda çıxış edən müğənni Mərdan kimdir? - VİDEO

Müğənni Mərdan Kazımov Xankəndidə çıxış edən ilk müğənni olub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, sənətçi bu gün tarixi şəhərimizdə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ”- MOİK oyunundan əvvəl tamaşaçıların qarşısına çıxıb. Müğənni “Azərbaycanım” mahnısını ifa edib.


Qeyd edək ki, Mərdan Kazımov – 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Yengicə kəndində anadan olub.


3-cü sinfə qədər orada oxuyub, sonra Bakıya köçüb, təhsilini burada davam etdirib. 5-ci sinifdən başlayaraq musiqi ilə məşğul olmağa başlayıb və skripka sinfində təhsil alıb.


2013-ildən başlayaraq özünü “O Səs Türkiyə” musiqi müsabiqəsində sınıyıb və 5 dəfə seçim turlara qatılaraq, sonda münsif Hadisə ilə Ebru Gündeşi özünə tərəf döndərməyi bacarıb.

Bizimlə əlaqə saxlayın