"Bizimləsən" verlişinə görə dözülməz həddə çatan yaşlı Azərbaycan anası - Biz dövlətimizə güvənirik...

12, 03, 24
13:30

"Bizimləsən" verlişinə görə dözülməz həddə çatan yaşlı Azərbaycan anası - Biz dövlətimizə güvənirik...

Artıq televiziya məkanlarında bəzi islahatlara start verilib.

Zaur-Günay, Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Lalə Azərtaş, Elgiz və.s kimi teleaparcıların aparıcılıq etdiyi proqramlara görə ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri prezident administrasiyasına çağırılıb.

Onlara ictimai narazılıq və narahatlıq doğuran  “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” “Bizimləsən”, verlişlərinə görə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var.

Verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər verlişlərdə cəmiyyətə meydan oxuyur, bunlara görə telekanal rəhbərlərinə xəbərdarlıq olunub, xoşagəlməz hal tez bir zamanda aradan qaldırılmasa qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq. 

"Azərbaycan Reallığı" etibarlı mənbələrdən əldə etdiyi məlumatlara görə artıq hüquq-mühafizə orqanlarında müəyyən araşdırmalarada başlanılıb. Təxminən bir neçə ay bundan öncə Zaur və Günayın "Bizimləsən" verlişində Mügənni Nüşabə Musayeva doğma xalası haqqında qeyri etik məişət ifadələrini verlişdə səsləndirilməsi demək olar cəmiyyət arasında böyük rezonansa səbəb olmuşdu. 

O canlı efirdə heç bir sübut əsası olmayan atasının anasına xalası ilə xəyanət etdiyini bildirmişdi. Qeyri-etik ifadələr cəmiyyətin tanınmış şəxslərin qəzəbinə səbəb olaraq sosial şəbəkələrdə müğənnidən daha çox veriliş tənqid atəşinə tutuldu, milli-mənəvi dəyərlərimizə xələl gətirən ifadələrin işlədilməsi tamami ilə qınanıldı.

"Bizimləsən" verlişi qarşı tərəfin cavab haqqını tanısa da amma nədənsə üstünlük müğənniyə verildiyi verlişdən də məlum olur müğənninin qeyri-etik ifadələrindən böyük sarsıntı keçirən yaşlı xalası çıxış yolunu hüqüqi müstəvidə aparmaq qərarına gəlib, xoşagəlməz halla bağlı xüsusi ittiham qaydasında Səbail rayon məhkəməsində müraciət olunub. 

Məhkəmə işi baxışa götürüb, bütün lazımı dəlillər məhkəməyə təqdim olunub amma buna baxmayaraq hakim müğənni haqqında müəmalı olaraq bərait verici qərar çıxarıb. Qarşı tərəf qərarla razılaşmayaraq Bakı Apelyasıya Məhkəməsinə şikayət edib. Həmçinin hakimin müəmalı ədalətsiz qərarına görə hakim barəsində ölçü götürmək üçün lazım olan istansıya şikayətlər olunduğu iddia edilir.

Qərar huququ qüvvəyə minməmiş mügənni Nüşabə Musayeva özünün sosial şəbəkə hesabında qarşı tərəf haqqında qeyri-etik paylaşımlar edib, bu azmış kimi ona şəxsi məsələsinə görə televiziya verilişləri yenidən qapı açıb ARB-də teleaparcı Tolikin "Tarixin bir Günü" verlişində bəzi xoşagəlməz ifadələr işlətdiyi iddia olunur.

İnsanların bu tip şəxsi problemlərini verlişlərdə nəyinsə müqabilində ictimailəşdirib reytinq xətrinə etik qaydaların pozulması cəmiyyətdə ciddi haqlı narazlıqlara səbəb olub. Bu verlişlər inkişafda olan gənc nəsillərə zərərdən başqa faydası yoxdur, insanları dözülməz həddə bəzəndə intihar həddinə gətirib çıxarır aldığəmız məlumata görə yuxarda sadaladığımız problemlər ucbatından artıq müğənninin xalası dözülməz durumdadır, hara və kimə şikayət edəcəyin bilmir çünki Nüşabə Musayeva müəyyən vasitələrlə onun qarşısını aldığı iddia olunur.  

Amma bütün bu çətinliklərə baxmayaraq müğənninin xalası mübarizəni hüquqi müstəvidə davam etdirəcəyin bildirir , çünki bu ölkədə şah qanun ola bilməz qanun şahdır. Biz dövlətimizə güvənirik...

"Azərbaycan Reallığı" yazıda adı çekilən şəxslərin mövqeyini tanıyır

Bizimlə əlaqə saxlayın