SON DƏQİQƏ! Cavanşir Məmmədov vəfat etdi

20, 04, 24
13:00

SON DƏQİQƏ! Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

“Azərbaycan Reallığı” xəbər verir ki, məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Bizimlə əlaqə saxlayın