Rusiyadakı böhran Azərbaycana necə təsir göstərəcək? - AÇIQLAMA

20, 12, 23
13:00

Rusiyadakı böhran Azərbaycana necə təsir göstərəcək? - AÇIQLAMA

“Bu günə olan məlumata əsasən, hazırda Rusiyada 1 ədəd yumurta 120 rubL və ya 0.75 ABŞ dolları, 1.20 AZN-dir.  Rusiyada yumurta ilə bağlı vəziyyət kritik olaraq qalır. Rəsmi Kreml bəyan edib ki, yumurta idxalı ilə bağlı bütün gömrük vergiləri ləğv edilib”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Razi Abasbəyli deyib. O, görülən tədbirlərin Rusiyada yumurta böhranını önləmək üçün yetərli olmadığını bildirib:


“İlk olaraq Azərbaycan və Türkiyəyə yumurta idxalı ilə bağlı müraciət olunub. Dünən Azərbaycandan Rusiyaya 36 ton və ya 612 min ədəd yumurta göndərilib. 


Maraqlıdır ki, bir zamanlar Rusiya toyuq yumurtasının ucuzluğuna görə dünyada liider ölkələr sırasında idi.  


Noyabr-dekabr aylarında melanjın (şirniyyat məmulatlarının istehsalında istifadə olunan yarımfabrikat) qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 faizdən çox bahalaşıb. Bu isə o deməkdir ki, Rusiyada şirniyyat, qənnadı sənasyesi qiymətlər ucuzlaşmasa, ciddi bir böhranla üzləşməli olacaq. 


Artıq Rusiyanın «Fantel» və «Kolos» kimi iri qənnadı istehsalçıları qiymətlərin bu həddə olacağı təqdirdə istehsalı azaldacaqlarını bəyan ediblər. 


İndi Kreml Hindistan və Pakistanla danışıqlar apararaq vəziyyətdən çıxmağa çalışır. Lakin Hindistan və Pakiistan hələ noyabr ayında bəyan edib ki, zəruri ərzaq ehtiyatlarının təmin edilməsi baxımından bir sıra əsas ixrac mallarının gömrük rüsumlarını artrıb və ya məhdudiyyət tətbiq edib. 


Bu isə o deməkdir ki, azı aprel-may aylarına qədər Rusiya toyuq yumurtası qıtlığı ilə üzləşəcək. Rusiyada illik yumutra istehlakı 19 milyard ədədə bərabərdir. Azərbaycan və Türkiyənin isə qış aylarında, daxili istehlak üzrə tələbin artdığı bir zamanda bu qədər böyük bazara təklif edəcəyi yumurtanın həcmi isə 8-10%-dən çox ola bilməz". 


Ekspert deyib ki, Azərbaycan Rusiyaya yumurta ixrac etməsi bahalaşmaya əsas vermir:
"Azərbaycanda 2023-cü ilin yanvar-noyabr aylarında 2 milyard 120 milyon ədəd yumurta istehsal edilib. Ölkə əhalisinin illik yumurta istehlakı 1 milyard 317 milyon ədəddir. Yəni daxili təlabatı ödədikdən sonra əlavə olaraq 500 milyon ədəddən çox ixracat potensialımız yaranır. 
Rəsmi statistikaya əsaslansaq, o zaman Azərbaycan Rusiya bazarından mühüm gəlirlər əldə edə bilər. 


Yəni daxili bazarda süni bahalaşmanın qarşısını almaqla əhəmiyyətli səviyyədə Rusiya bazarına yumruta təklif etmək olar. Əlbəttə, ənənəvi gəlirlərdən azı 6 dəfə çox gəlir əldə etmək mümkündür. 


Təbii ki, yaranmış bu əlverişli şəraitdən istifadə etməklə ölkədə quşçuluq təərrüfatlarını da inkişaf etdirmək mümkündür. Bu baxımdan “Azərbaycanda yumurta bahalaşacaqmı” sualına ilkin olaraq "yox" cavabı vermək olar. 


Bir şərtlə ki inhisarçılar, fürsətçillər "Rusiyaya daşınır" psixologiyasını ortaya ataraq qiymətləri bahalaşdırmasınlar”.

Bizimlə əlaqə saxlayın