Azərbaycanda iş adamının 5 milyon avroluq şirkətləri bağlandı

13, 02, 24
16:30

Azərbaycanda iş adamının 5 milyon avroluq şirkətləri bağlandı

Azərbaycanda iş adamının 5 milyon avroluq şirkətləri bağlanıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, söhbət "Kamar.az" MMC və "Sia baltic medical program az" MMC-dən gedir.

Belə ki, hər iki şirkət ləğv olunduğunu elan edib.

Qeyd edək ki, sözügedən hər iki şirkətin qanunu təmsilçisi Rəşad Hacıəliyevdir. 

Hər iki şirkət ötən ilin iyulun 11-də dövlət qeydiyyatına alınıb. "Kamar.az"ın nizamnamə kapitalı 3 milyon avro, "Sia baltic medical program az"ın nizamnamə kapitalı isə 2 milyon avrodur.

Bizimlə əlaqə saxlayın