“Nestle”nin satışları yüksək qiymətlərlə bağlı azalıb

22, 02, 24
18:00

“Nestle”nin satışları yüksək qiymətlərlə bağlı azalıb

Mərkəzi İsveçrədə yerləşən qida şirkəti “Nestle”nin satışları yüksək ərzaq qiymətlərinin təsiri ilə azalıb.

“Azərbaycan Reallığı” xəbər verir ki, ötən il şirkətin satışları 1,5% azalaraq 106,2 milyard dollara düşüb.

Xalis mənfəəti isə əvvəlki illə müqayisədə 20% artaraq 12,8 milyard ABŞ dollarına çatıb. Buna əsas vəsaitlər üzrə aşağı qiymətləndirmələr və vergilər səbəb olub.

“Nestle”nin məzənnə təsirləri və alışlar nəzərə alınmadan satışları ötən il 7,2% artıb. 

Hesabatlar açıqlandıqdan sonra “Nestle”nin səhmləri səhər saatlarında 3,2%-dən çox ucuzlaşıb.

Qeyd edək ki, qablaşdırılmış qida məhsulları sənayesi Covid-19 epidemiyası ilə başlayan və Ukrayna-Rusiya müharibəsi ilə artan yüksək idxal xərclərini əsas gətirərək istehlakçılara daha yüksək qiymətlər tətbiq edirlər.

Bizimlə əlaqə saxlayın