Yayda toz, qışda isə palçıq: Biləsuvarda bəzi məhəllə və kənd arası yollar bərbad vəziyyətdədir - VİDEO

03, 02, 24
16:00

Yayda toz, qışda isə palçıq: Biləsuvarda bəzi məhəllə və kənd arası yollar bərbad vəziyyətdədir - VİDEO

Biləsuvarda su basmış və palçıqlı yollar sakinlər üçün çətinlik yaradır.

"Azərbaycan Reallığı" xəbər verir ki, söhbət Biləsuvarın Bəydili kəndindən gedir. Kəndin yolları bərbad haldadır. Bir neçə gün əvvəl ölkə ərazisinə yağan qar vəziyyəti daha da çətinləşdirib.

Kənd sakinləri deyirlər ki, uşaqlar qışda məktəbə gedə bilmirlər. Problem bununla da bitmir. Yağış yağan kimi qrunt suları həyətlərə və evlərin zirzəmilərinə dolur.

Bu yollarda nəqliyyat vasitələri də çətinliklə hərəkət edirlər. Sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Bəydili Kənd Bələdiyyəsinin sədri İlqar Kərimov bildirib ki, vəziyyətin bu həddə çatmasına səbəb sakinlərin özlərinin yaratdıqları maneələrdir. Bələdiyyə qrunt sularının axması üçün kanallar qazır, sakinlər isə oraya zibil tökərək doldururlar.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın