Naxçıvanda 104 yaşlı seçici səs verib - FOTO

07, 02, 24
18:00

Naxçıvanda 104 yaşlı seçici səs verib - FOTO

"Azərbaycan Reallığı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 104 yaşlı seçici səs verib.

Naxçıvanın ən yaşlı seçicilərindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızı səsvermə hüququndan istifadə edib.

O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsinə səs vermək üçün ərizə ilə müraciət edib. Məntəqə əməkdaşı ailənin yaşadığı evə daşınan qutu gətirib və yaşlı seçicinin səsverməsinə şərait yaradılıb.

Bizimlə əlaqə saxlayın