Şərurda maşın aşdı - Sürücü yaralandı

13, 04, 24
11:30

Şərurda maşın aşdı - Sürücü yaralandı

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınıb. Belə ki, 68-BC-470 dövlət nömrə nişanlı “VAZ 21011” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın