Azərbaycanda qaya uçqunu: Yol bağlandı - FOTOLAR

09, 05, 24
16:30

Azərbaycanda qaya uçqunu: Yol bağlandı - FOTOLAR

Ordubad rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
 
“Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.
 
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib”, - məlumatda deyilir.
 




Bizimlə əlaqə saxlayın