Goranboylu iş adamı ölkə başçısından kömək istəyir

20, 02, 22
09:46

Goranboylu iş adamı ölkə başçısından kömək istəyir

Redaksiyamıza müraciət edən Qəhrəmanov Etibar Goranboy rayonunun bəzi dövlət qurumlarından şikayətçidir.

E. Qəhrəmanov, bildirir ki, dəfələrlə icra başçısı Məhərrəm Quliyevin qəbulunda olsa da, heç bir köməklik göstərilməyib, əksinə bəzi xırda məmurlar tərəfindən hədələyib: 

"Cənab prezident həmişə sahibkarlara yaxşı şərait yaradılması üçün məmurlara tapşırıq verir. Amma bu qanun Goranboy rayonunda keçmir. Mən digər iş adamlarından fərqli olaraq, öz hesabıma milyonlarla manat vəsait xərcləmişəm, texnika almışam, torpaq icarəyə götürmüşəm, amma indi işləyə bilmirəm. Dünən yəni Fevralın 19-u yenə icra hakimiyyəti və bələdiyyədən gəlmişdilər, məqsəd torpağımı almaq idi. Mən olara bildirdim ki, artıq mediaya çıxıb dərdimi danışacağam. Onsuz da problemi deyəcəyim adam qalmayıb." 

Kənd təsərrüfatı ilə məşğul olan sahibkar daha sonra bildirir ki, indiyə qədər dövlət orqanlarına fantastik sayda müraciətlər edib: 

"Son 2 ayda dövlət orqanlarına bəlkə də 1000 məktub göndərmişəm, qəbula getmədiyim yer qalmayıb, amma fayda yoxdu. Fevral ayının əvvəlində kəndin bələdiyyə sədri Elşad İsmayılov mənə dedi ki, başını bəlaya soxma, onsuz da torpaqları təhvil verməlisən. Bu problem təkcə məndə deyil, digər yeni biznesmenlərə da eyni halı yaşadırlar." 

Vətəndaşın şikayəti ilə bağlı Goranboy rayon icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, istəyimiz alınmadı. 

Bizimlə əlaqə saxlayın