yuxarı
Şərurda qaya uçqunu oldu - FOTO
06, 06, 25
09:30
Şərurda qaya uçqunu oldu - FOTO
Şərur rayonunun Havuş kənd yolunda qaya uçqunu baş verib.
"Azərbaycan Reallığı" xəbər verir ki, Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu qeydə alınıb. İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub, qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.
Yolda təhlükəsizlik təmin edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək