"Mahal" MTK rəhbəri Elvin Rəhimovun korrupsiya əməlləri
"Mahal" MTK rəhbəri Elvin Rəhimovun korrupsiya əməlləri

Sonradan işlərim düz getmədikdə qalan hissənin ödənilməsində çətinlik çəkməyə başladım. 2019-cu ildə isə pandemiya ilə əlaqədar işlərimin tamamilə dayanması ilə əlaqəli olaraq Mahal MTK -ya ödəniş edə bilməyəcəyimi söylədim və mənə vaxt vermələrin xahiş etdim. Lakin onlar razı olmadı. Uzun sürən danışıqlardan sonra 07.04.2022-ci ildə 27 saylı notariat ofisində Mahal MTK və mən arasında barışıq elan olunduğu və hər iki tərəfin razılığa gəldiyi üçün, mən mənzillərin Mahal MTK-ya qaytarmağı və onların mənə ödədiyim vəsaiti geri qaytaracaqlarını söylədilər.
Mən mənzilləri qaytardım, lakin onlar mənə heç bir odəniş etmədilər. Elvin Rəhimovdan ödəniş niyə etmirsiniz sualına isə “get nə edirsən et, hələ pul yoxdu ödəniş edə bilmirik” halbuki, mənim qaytardığım mənzilləri artıq satıb. Eşitdiyimə görə yuxarı dairələrdə oturan şəxslərin adından istifadə edir və heç kimi saymır. 2024 cü ilin noyabr ayında Elvin Rəhimov mənim çox sayda zənglərimə və bir neçə yerə şikayət edəcəyimi eşidib, hissə hissə ödəniş edəcəyini dedi və heç yerə şikayət etməməyi söylədi.
Mən bir daha Elvin Rəhimovun yalanına inanib 4000 (dörd min manat) ödənişi götürdüm və hal hazırda Mahal MTK-nın mənə olan borcu 91800 manatdır (doxsan bir min səkkiz yüz manat). Lakin Elvin Rəhimov növbəti aylarda yenidən dələduzluğunu davam etdirərək telefonlara cavab vermir və işçilərinə “Toğrula deyin pul hələ yoxdur gözləsin” Hal hazırda mənim vəziyyətim çox acınacaqlıdır.
Mahal MTK-dan alaçağım məbləğ qədər borcum var ümid edirdim ki, Mahal MTK-dan pulumu götürə götürə borclarımı da qaytararam. Sürdüyüm avtomobilin aylıq lizing ödənişin belə ödəyə bilmədiyimə görə ziyanina satası oldum. Bununla demək istəyirəm ki, hal hazırda maliyyə durumum yaxşı deyil. (Gundelikxeber.az)