Bu mərkəzi xəstəxana köçürülür - 3 milyon ayrıldı

29, 11, 23
17:00

Bu mərkəzi xəstəxana köçürülür - 3 milyon ayrıldı

Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti olaraq orda yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud bina əsaslı təmir ediləcək.

“Azərbaycan Reallığı”nın məlumatına görə, təmir işləri “Caspian Road” MMC tərəfindən həyata keçiriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi layihə ilə bağlı şirkətə 3 096,992 min manat ödəniş edəcək.

Qeyd edək ki, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. 

Bizimlə əlaqə saxlayın