yuxarı
Bu şirkət Cəlilabadda xəstəxana tikəcək
04, 12, 23
13:30
Bu şirkət Cəlilabadda xəstəxana tikəcək
Cəlilabad rayonunda yeni xəstəxananın tikintisi ilə bağlı işlər davam etdirilir.
"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, artıq tikinti işlərini həyata keçirəcək şirkət də müəyyənləşib.
Belə ki, Göytəpə şəhərində inşa olunacaq xəstəxananın tikintisi işlərini birinci mərhələ üzrə "Pro Construction Company" şirkəti həyata keçirəcək.
Səhiyyə Nazirliyi bunun müqabilində sözügedən şirkətə 4.370.000 manat ödəniş edəcək.
Tibb müəssisəsinin 60 çarpayılıq olması nəzərdə tutulub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək