Həkimdən XƏBƏRDARLIQ: “Uşaqlara Yeni il maskaları alarkən diqqətli olun” - VİDEO

19, 12, 23
09:30

Həkimdən XƏBƏRDARLIQ: “Uşaqlara Yeni il maskaları alarkən diqqətli olun” - VİDEO

"Azərbaycan Reallığı" qeyd edir ki, Yeni ilin gəlişi ilə bazarlarda oyuncaqların və maskaların satışında artım müşahidə olunur. Uşaqlar üçün təklif olunan cizgi film qəhrəmanlarının obrazlarına azyaşlılar tərəfindən maraq böyükdür.
 
Bəs, bu maskaların uşaqların sağlamlığı üçün hər hansı zərəri varmı?
 
Dermatoloq Kənan Əhmədovun sözlərinə görə, maskalar uşaqların dərisinə allergik təsir göstərə bilər:
 
“Bu tip maskaların dəriyə təması nəticəsində uşaqlarda allergik kontakt dermativ xəstəliyi əmələ gələ bilər. Rəngləndirici maddələrin içərisində qurğuşun materialı var. Həmin o qurğuşun metallar uşaqların sağlamlığına birbaşa təsir göstərir. Ona görə də oyuncaq alarkən mütləqdir ki, valideynlər sertifikat tələb etsinlər”.
 
Ekspertlər onu da qeyd edib ki, Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkəyə gətirilən məhsulların keyfiyyət sertifikatı olmadan bazara çıxarılması qəti qadağandır.
 
Ətraflı Baku TV-nin süjetində:


Bizimlə əlaqə saxlayın