Prezidentlə bağlı müraciətə imza atmayan hansı partiyalardı? - ADLAR

16, 10, 23
19:30

Prezidentlə bağlı müraciətə imza atmayan hansı partiyalardı? - ADLAR

"Azərbaycan Reallığı"nın xəbər verdiyi kimi, Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiya Prezident İlham Əliyevə müraciət edib.

Müraciət müəllifləri Azərbaycan bayrağını Xankəndi, Xocalı, Xocavənd,  Ağdərədə dalğalandırdığına, ölkənin ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyinə görə İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, müraciətə imza atan partiyalar sırasında 4 siyasi təşkilatın adı yoxdur. Onlardan biri qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş və hələ də rəsmi cavab gözləyən Azadlıq partiyasıdır (sədr Əhməd Oruc).

Digərləri Müsavat Partiyası (sədr Arif Hacılı), Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Əli Kərimli) və Azərbaycan Xalq Partiyasıdır (sədr Pənah Hüseyn).

Bizimlə əlaqə saxlayın