ABŞ Azərbaycana yeni səfir TƏYİN ETDİ - FOTO

09, 11, 23
11:30

ABŞ Azərbaycana yeni səfir TƏYİN ETDİ - FOTO

ABŞ-ın Azərbaycandakı yeni səfirinin adı məlum olub.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, ABŞ Senatının qərarına əsasən, Mark Libbi Azərbaycanda səfir vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı əvvəlki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda bitmişdi.




ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycanda səfir postuna namizədliyini ötən ilin mayında irəli sürmüşdü.

Libbu bu təyinatadək Vaşinqtondakı Milli Müharibə Kollecində çalışırdı.

O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. Həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.


Bizimlə əlaqə saxlayın