Vaxt gələcək, azərbaycanlılar da Ermənistanda yaşayacaq - Simonyan

28, 11, 23
17:30

Vaxt gələcək, azərbaycanlılar da Ermənistanda yaşayacaq - Simonyan


"Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar".

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə noyabrın 28-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisindəki evlərinə qayıdacaqlar, həmçinin, bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”, - deyə Simonyan bildirib.

Sülh müqaviləsində belə bir bəndin olub-olmaması ilə bağlı suala Simonyan belə bir bəndin fərqinə varmadığını bildirib.

“Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə - ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və s.-yə əsaslanır”, - deyə spiker vurğulayıb.

Bizimlə əlaqə saxlayın