Fəzail Ağamalının oğlunun ölkədən çıxışına “stop” qoyulması tələb edilir

21, 12, 23
09:30

Fəzail Ağamalının oğlunun ölkədən çıxışına “stop” qoyulması tələb edilir

"Azərbaycan Reallığı" xəbər verir ki, deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı növbəti dəfə məhkəməlik olub.

Onun barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb.

Millət vəkilinin oğlu bir müddətdir vergi borcunu ödəmədiyi üçün adıçəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, daha öncə rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün məhkəməlik olmuşdu. Bundan başqa, deputat oğlu “Altus” MMC-nin sahibi kimi də tanınır. Onu da əlavə edək ki, E.Ağamalı atasının sədri olduğu Ana Vətən Partiyasında müavindir.(“Qafqazinfo”)

Bizimlə əlaqə saxlayın