İsrail səfirliyi Azərbaycana başsağlığı verib

09, 01, 24
16:00

İsrail səfirliyi Azərbaycana başsağlığı verib

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə səfir "X"də yazıb.


"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",-bildirilib.


Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.



Bizimlə əlaqə saxlayın