Arif Hacılı istefa verdi

10, 01, 24
11:30

Arif Hacılı istefa verdi

Arif Hacılı Elçibəy İnstitutundan istefa verdi.

Müsavat Partiyasının başqanı Arif Hacılı təsisçilərindən biri olduğu Elçibəy İnstitutundan istefa verib.


"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat yayıb.


"Təsisçilərindən biri olduğum Elçibəy İnstitutu adlı qurumdan istefa verirəm. Səbəb Elçibəy İnstitutunun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir", deyə Müsavat başqanı bildirib.
 
Qeyd edək ki, Elçibəy İnstitutunun təsisçiləri Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov və Pənah Hüseyn olub

Bizimlə əlaqə saxlayın