Sabah "sükut günü"dür

05, 02, 24
09:30

Sabah "sükut günü"dür

Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.
 
"Azərbaycan Reallığı"nın xəbərinə görə, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.
 
Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. 
 
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
 
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
 
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
 
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
 
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
 
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
 
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
 
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Bizimlə əlaqə saxlayın