Siyasi məhbusların müdafiəsi ilə bağlı toplantı keçirildi - FOTOLAR

28, 10, 18
09:08

Siyasi məhbusların müdafiəsi ilə bağlı toplantı keçirildi - FOTOLAR



Azerbaycanrealligi.com xəbər verir ki, Müsavat Partiyasının qərargahında siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr keçirilib.
Siyasi Məhbusların Müdafiə Mərkəzinin təşəbbüsü ilə baş tutan toplantıda hüquq müdafiəçiləri, siyasi məhbusların ailə üzvləri, vəkillər, siyasi partiya təmsilçiləri və jurnalistlər iştirak edib.

Toplantıda Oqtay Gülalıyev, Ceyhun Nəbi, Zümrüd Yağmur, Zəfər Əhmədov, Osman Kazımov, Tofiq Yaqublu, Mustafa Hacıbəyli, İsgəndər Həmidov, Pənah Hüseyn, Əvəz Zeynallı və digərləri çıxış edərək, ölkədə repressiya dalğasının genişlənməsi, həbsxanalarda siyasi məhbuslara qarşı təzyiqlərin artması və bunun qarşısının alınması yollarını müzakirə ediblər.









Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın