Azərbaycanda “5-ci kolon” yenidən təşkilatlanır? - ZİBİLƏ DÜŞMÜŞÜK...

08, 07, 23
17:00

Azərbaycanda “5-ci kolon” yenidən təşkilatlanır? - ZİBİLƏ DÜŞMÜŞÜK...


“Azərbaycanda ictimaiyyətində Rusiya və İrana xidmət edən “beşinci kolon” hələ də öz gücünü qoruyub saxlamaqdadır”.

"Azərbaycan Reallığı" 
xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev Cebhe.info-ya şərhində “beşinci kolon” zəifləyib, yoxsa əksinə güclənib sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, İranın Azərbaycandakı “beşinci kolon”unun bir hissəsi Rusiyanın maraqlarına xidmət edən dairlərlə birləşib:

“Azərbaycanda “beşinci kolon” zəifləməyib, əksini onların təsir imkanları hələ də müşahidə olunur. Hətta bu kolonlar bir-biri ilə birləşiblər. Bildiyimiz kimi, DTX və hüquq-mühafizə orqanlarının İran İslam Respublikasının casus şəbəkəsinə qarşı əməliyyatlar keçirməmişdən əvvəl İran ölkəmizdə "beşinci kolon"u açıq müstəvidə fəaliyyət göstərirdi.

Ancaq təhlükəsizlik orqanlarının əməliyyatlarından sonra xəlvətə çəkiliblər. Doğrusu, İranın "beşinci kolon"u parçalanıb. Onların müəyyən bir hissə özlərini Türkiyənin "beşinci kolon"u kimi qələmə verir, əksəriyyəti isə Rusiyanın "beşinci kolon"u ilə birləşiblər.

Hazırda Azərbaycanda ən güclü kolon Rusiyanın "beşinci kolon"udur. Qərbin "beşinci kolon"u isə demək olar ki, çox zəifdir. Ölkəmizdə ABŞ və Avropaya nisbətən Rusiyaya meyil edənlər çoxdur”.

Politoloq Azərbaycanda Rusiyanın imperalist maraqlarına xidmət edən "beşinci kolon"un güclü olmasının səbəblərini də açıqlayıb:

“Azərbaycan 200 il keçmiş çar Rusiyasının müstəmləkəsi və 70 il də SSRİ-nin bir parçası olub. Ölkəmiz hələ də Rusiyanın müəyyən mənada geosiyasi təsiri altındadır. Digər önəmli məqam isə Sovet dövründə uzun müddət yaşayan və ali təhsil alan yaşlı insanların müəyyən bir hissəsi, eləcə də Sovet mədəniyyəti nostolgiyası ilə yaşayanlar öz siyasi baxışlarında Rusiyanın siyasətini yüksək qiymətləndirirlər, habelə onlar şimal ölkəyə ümid kimi baxırlar.

Eyni zamanda Azərbaycanda rus dilli şəbəkənin təsirləri imkanları da genişdir. Təəssüf ki, həmin şəbəkədə erməni kökənli şəxslər də yer almaqdadır.

Qeyd edim ki, vəzifələrdə erməni kökənli şəxslərin sayı digər etnik millətlərə nisbətən çoxdur. Rusiya Azərbaycanda öz təsirini qorumaq üçün bu kimi alətlərdən səmərəli istifadə edir. Bir vaxtlar Britaniya Osmanlını dağıtmaq üçün özünü müsəlman göstərən qeyri-türkləri hər bir sahədə qabağa vermişdilər. İndi Azərbaycanda onu bənzər hallar baş verir. Hazırda Azərbaycan mediası bu kimi məsələlərə laqeyd yanaşır”. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın