Evin üstünə düşən avtobusdan sonra yeni axtarışa çıxdılar

08, 12, 23
18:30

Evin üstünə düşən avtobusdan sonra yeni axtarışa çıxdılar

AYNA paytaxtın 46 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarıb.

"Azərbaycan Reallığı" quruma istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər sənədləri 6 yanvar 2024-cü il saat 17:00-dək agentliyə təqdim etməlidir.

Bildirilib ki, müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.


İddiaçıların təklifləri komissiya tərəfindən yanvarın 23-də baxılacaq.
Qeyd edək ki, 2 gün əvvəl 46 saylı xətt üzrə hərəkət edən avtobus ağır qəza törətmişdi. Hadisə vaxtı idarəetmədən çıxan avtobus evin üstünə çıxmışdı.

Bizimlə əlaqə saxlayın