Köçkün binalarının aqibəti necə olacaq? - AÇIQLAMA

16, 01, 24
14:00

Köçkün binalarının aqibəti necə olacaq? - AÇIQLAMA

“Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.


O bildirib ki, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır:


“Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır”.


Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb:
“Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur”.

Bizimlə əlaqə saxlayın