“Azərsu” 330 minə lyuk qapaqları alır

19, 01, 24
17:00

“Azərsu” 330 minə lyuk qapaqları alır

"Azərsu" ASC lyuk qapaqları və yağış barmaqlıqları alır.

"Azərbaycan Reallığı" xəbər verir ki, qurum bununla bağlı daxili vəsaiti hesabından 330 252 manat xərcləyəcək.


Metal avadanlıqlar "Zəyəm Texnologiya Parkı" ASC-dən alınacaq.


Qeyd edək ki, nizamnamə kapitalı 18 305 246 manat olan Texnologiya Parkının qanuni təmsilçisi Vüqar Sadıqzadə Əyyub oğludur. O, 2 il öncə sözügedən müəssisənin rəhbəri vəzifəsinə gəlib.


Sözügedən ASC metal konstruksiya, kənd təsərrüfatı avadanlqıqları və dəqiq metal məhsullarının istehsalı yönündə Şəmkirdə fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın