Hər gün üçün 11 manat pul: Yeni rüsumlar təsdiqləndi - VİDEO

23, 02, 24
10:00

Hər gün üçün 11 manat pul: Yeni rüsumlar təsdiqləndi - VİDEO

12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar isə ödəniş etməlidir.

"Azərbaycan Reallığı"  Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət xəstəxanada pasiyent yanında qalan şəxsin gündəlik ödənişindən gedir.

Qaydalara görə, xəstəxanalarda pasientin yanında qalan şəxs gündəlik olaraq 11 manat ödəniş edilməlidir.

TƏBİB-in şöbə müdiri Fatiq Həsənov "Xəzər Xəbər”ə müsahibəsi zamanı 12 yaşa qədər olan pasientlərin yanında yaxının qalmasının İcbari Tibbi Sığorta tərəfindən qarşılandığı halda, 12 yaşdan yuxarı şəxslərdə isə bu qaydanın fərqli olduğunu deyib.

Fatiq Həsənovun sözlərinə görə, sözügedən bu xidmət yalnız TƏBİB tabeliyində olan tibb müəssələrinə aiddir.

Qeyd edək ki, ödənilən məbləğə xəstə yanında qalan şəxsin qidalanması da daxildir.
 

Bizimlə əlaqə saxlayın