Hansı məktəblər təmir olunur, xəbərimiz yoxdur - Nazirliyə irad

16, 11, 23
15:00

Hansı məktəblər təmir olunur, xəbərimiz yoxdur - Nazirliyə irad

Son günlər sosial şəbəkələrdə rayonların kəndlərində məktəb binalarının acınacaqlı, bir çox hallarda qəzalı vəziyyətini təsvir edən şəkillər paylaşılır. Bu kontekstdə Azərbaycan Elm və Təhsil Nazirliyinin ölkə ərazisindəki bir sıra təhsil müəssisələrində, o cümlədən onların qazanxanalarında, kommunal və kommunikasiya xətlərində cari və əsaslı təmir işlərinə dair son iki ildə elektron satınalma portalı vasitəsilə açıqlanan məlumatları diqqət çəkməyə bilməz.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu iqtisadçı ekspert Hafiz Babalı deyib. Onun sözlərinə görə, nazirliyin müqafiq qurumunun təşkil etdiyi bu tenderlərin elanlarında görüləcək işlər tam təfsilatı ilə təqdim edilsə də, əksər hallarda həmin işlərin harada, yəni hansı rayonda və hansı kəndindəki məkbətə şamil olduğu ictimaiyyətdən gizli saxlanılır:

"Bir rayonda, bir kənddə elə güman edirlər ki, bu il nazirlik onları yox, başqa kəndin məktəbini təmir etdirir. Nəticədə isə məktəbin təmir olunub-olunmaması qalır nazirliyin insafına: İş ya görüləcək, ya da saxta bir Forma-2 tərtib olunub bağlanacaq".
Ekspert deyir ki, bu cür yarıqapalı müqavilələrə ayrılan vəsait isə heç də az deyil: 59,9 milyon manat.
H.Babalı bu ilin yayından başlayaraq ETN-nin məktəblərin təmirinə dair etender.gov.az portalında yerləşdirilmiş müqavilələrin qısa xülasəsini təqdim edib: 


Bizimlə əlaqə saxlayın